“Televiziyalardan birinin 3 əməkdaşı koronavirusa yoluxub”.

Unikal.org xəbər verir ki,  bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

O bildirib ki, onların ətrafında olan şəxslərdən də testlər götürülüb: “Sabaha həmin testlərin nəticəsi bəlli olacaq”. 

Xatırladaq ki, ATV 1 əməkdaşının koronavirusa yoluxması, digərinin isə karantinə alınması ilə bağlı məlumat yaymışdı.