İspaniyada son sutka ərzində daha 56 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 28 628-ə çatıb. Eyni zamanda son gün ərzində 446 yeni yoluxma faktı aşkarlanıb.

Beləliklə, İspaniyada "Covid-19"a yoluxanların ümumi sayı 234 824-ə yüksəlib. Qeyd edək ki, sözü gedən ölkədə fövqəladə vəziyyət rejimi 7 iyun tarixinədək uzadılıb.