Bakının Sabunçi rayonunda iki qardaş arasında dava zamanı biri bıçaqlanıb.

Unikal.org xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. 

Xanlar küçəsində 1970-ci il təvəllüdlü Həmidov İbrahim Ağaəmi oğlu qardaşı ilə mübahisə zamanı bıçaqlanıb. O, yaralı halda 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat olunaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.