Moskvada yerləşən “Lefortovo” istintaq təcridxanasında saxlanılan səs-küylü cinayət işinin bir neçə iştirakçısının koronavirus testləri müsbət nəticə verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  koronavirusa yoluxanların arasında “Summa” şirkətlər qrupunun təsisçisi Ziyavudin Maqomedov, sahibkarlar Andrey Kaminov və Dmitri Mixalçenko da olub.

Z.Maqomedovun koronavirusa yoluxmasını vəkili təsdiq edib. A.Kaminov Z.Maqomedov ilə eyni kamerada saxlanılıb.

A.Kaminov və D.Mixalçenko ölkə prezidenti Vladimir Putinin “Novo-Oqarevo”dakı iqamətgahının yenidən qurulması zamanı mənimsəmədə ittiham olunurlar. Z.Maqomedov və böyük qardaşı Maqomed Maqomedov 2018-ci ilin mart ayında cinayətkar dəstə təşkil etmək ittihamı ilə həbs ediliblər.

Onlar həmçinin, dövlət müqavilələrinin bağlanılması və icrası zamanı doqquz fırıldaqçılıq faktı ilə də ittiham olunurlar.