"Mən küləyi sevirəm. Bakını da ona görə sevirəm ki, orda külək olur. Azərbaycanlılar küləyi sevmirlər, amma mən sevirəm. Bakıdakı küləkdə dəniz və dağların qarışığı var". 

Unikal.org xəbər verir ki, bu sözləri mərhum və məşhur serb yazıçısı Milorad Paviçin həyat yoldaşı,  həmmüəlifi Yasmina Mixayloviç müsahibələrinin birində bildirib: 

Yazıçı xanımın dediyi kimi,  Azərbaycanlılar küləyi sevməsələr də Bakısız yaşaya bilmirlər. Bakı hər zaman qonaqlı-qaralı, insanların sıx olduğu bir şəhər olub.

Məlum pandemiya ilə əlaqədar bütün dünya şəhərlərində olduğu kimi, Bakıda da karantin rejimi tətbiq edildi.  Tarixdə küçələri, yolları, bulvarları, məhəllələri heç vaxt insansız qalmayan Bakıda da məhz dünyada yayılmış koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə  24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi tətbiq edildi. 

Həmin gündən, may ayının 18-dək Bakıda əhalinin sıx olduğu yerlər boş ərazilərə çevrildi. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən may ayının 18-dən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlər bir qismi yumşaldıldı. Dənizkənarı Milli Parklara, Bakının əsas küçə və meydanlarına girişə məhdudiyyət aradan qaldırıldı.

Artıq son 5 gündür Bakıda bütün ictimai iaşə məkanları 18:00-qədər xidmət göstərsə də, paytaxtın mərkəzi küçə və meydanlarında, Dənizkənarı Milli Parkda axşam vaxtı çox böyük insan axını müşahidə olunur.

Bununla belə, Dənizkənarı Milli Parka giriş məhdudiyyəti aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları fəaliyyət göstərmir. Amma, insanlar Yasmina Mixayloviç dediyi kimi küləyi deyil, Bakını sevdikləri qədər gəzib-dolaşırlar.

Unikal.org-un  fotoqrafı Müzəffər İsmayılovun "Bakı gecələri" son bir gündən ÇƏKDİKLƏRİ: