Güclü külək nəticəsində bu gün saat 16:15 radələrində Bakı-Gürcüstan dəmir yolunun Tovuz rayon ərazisindən keçən hissəsində ağac aşaraq hər iki yolu bağlayıb.

Unika.org xəbər verir ki bu barəd “Azərbaycan Dəmir Yolları” QSC  məlumat yayıb. Hadisə nəticəsində qatarların hərəkəti dayanıb. Saat 17:10-da yolun biri açılıb.

Hazırda ikinci yolda təmizlənmə işləri aparılır, yaxın saatlarda həmin yol da açılacaq.