Qazaxıstanda daha 403 nəfər koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 8 322-yə çatıb. Koronavirusa ən çox yoluxma ölkənin Almatı şəhərində qeydə alınıb. Burada 2 164 yoluxma aşkarlanıb.

Qeyd edək ki, Qazaxıstanda koronavirusdan ölüm hallarının ümumi sayı 35 təşkil edir. Qazaxıstanda koronavirusa yoluxmuş 4214 pasiyent sağalıb.