Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) infeksiyasının ən geniş yayıldığı regionlardan biri Avropadır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qitənin əksər ölkələrində koronavirusa yoluxanların və bu səbəbdən ölənlərin sayı durmadan artır. Bu dəfə isə Danimarkadan sevindirici xəbər gəlib.

Belə ki, ölkədə son 2 gün ərzində koronavirusdan ölüm faktı qeydə alınmayıb. Qeyd edək ki, Şimali Avropa ölkəsi olan Danimarkada 11 289 nəfər "Covid-19"a yoluxub, onlardan 118-i bu səbəbdən dünyasını dəyişib.