Bir neçə gün əvvəl Gəncə şəhərində yol-nəqliyyat qəzası nəticəsində ağır xəsarət alan Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun bacısı Səidə Novruzova vəfat edib.

Unikal.org Gununsesi.org-a istinadən xəbər verir ki, Mərkəzi Klinik Xəstəxananın Gəncədəki Korpusuna yerləşdirilən Səidə Novruzova bir neçə gün koma vəziyyətində qalıb.

Onu da qeyd edək ki, Səidə Novruzovanın qızı da eyni qəzada yaralanıb.