Bildiyiniz kimi, yeni növ koronavirusun (Covid-19) ən geniş yayıldığı ölkə ABŞ-dır.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, virusa yoluxanların və bu səbəbdən ölənlərin sayında azalma yaşandıqdan sonra əksər ştatlarda karantin qaydaları yumşaldılıb. Buna baxmayaraq, sözü gedən ölkədə hələ də koronavirusun yenidən geniş vüsət alması təhlükəsi mövcuddur. Artıq bir müddətdir ki, vətəndaşlara pandemiyanın ikinci dalğasının meydana gələ biləcəyi barədə xəbərdarlıq edilir.

Görünən isə odur ki, əhalinin böyük bir hissəsi koronavirusu ciddi qəbul etmir. Belə ki, ABŞ-da həftəsonu çimərliklərdə çox sayda insan görüntülənib. Sıxlığın yaşanması cəmiyyətdə müxtəlif mübahisələrin yaranmasına səbəb olub.

Qeyd edək ki, ABŞ-da 98 mindən çox insan pandemiyanın qurbanı olub.