Rusiyada son 24 saat ərzində daha 8 559 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiyaya yoluxanların sayı 344 481-ə çatıb. Eyni zamanda son gündə daha 153 nəfər koronavirusdan ölüb.

Beləliklə, Rusiyada "Covid-19" səbəbindən ölənlərin sayı 3 541-ə yüksəlib. Xatırladaq ki, yeni növ koronavirus (Covid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunub.