İran Prezidenti Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında hava sərhədlərinin açılmasını müzakirə edib.

Unikal.org xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytında məlumat yer alıb.

"Mövcud şərtlərdə, tibbi qaydalara uyğun olaraq quru və hava sərhədlərinin açılması, ticarətin və malların daşınmasının yenidən başlaması zəruridir",- deyə Ruhani Ərdoğana bildirib.

Türkiyə Prezidenti isə bu mövzuda lazımi sərəncamların veriləcəyini deyib.

Ruhani və Ərdoğan, həmçinin koronavirus əleyhinə mübarizə mövzusunda təcrübə və məlumat mübadiləsi məsələlərini də müzakirə ediblər.