Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 465 min 152 nəfərə çatıb.

Unikal.org "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı c min 558 nəfərdir. İndiyədək 2 milyon 287 min 454 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.