Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Babək prospektində yolu keçən 1993-cü il təvəllüdlü Məmmədov Alxas Mürsəl oğlunu minik avtomobili vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin və sol inci sümüyünün sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.