Tacikistanda COVID-19-dan 1301 xəstə sağalıb.

Unikal.org Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 191 nəfər artıb və 2929-a çatıb.

Bildirilir ki, indiyədək Tacikistanda COVID-19-dan 46 nəfər ölüb. Hazırda 2772 nəfər karantindədir.