Rusiyada helikopter sərt eniş edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Çukotka Muxtar Dairəsindəki hava limanında qeydə alınıb. Mi-8 helikopterinin sərt eniş etməsi nəticəsində bir neçə nəfər həlak olub.

"Dörd nəfər həlak olub. İlkin məlumata görə, helikopterin düşməsinə texniki nasazlıqlar səbəb oldu", - müsahib agentliyə deyib.

Çukotkanın Anadır rayonunun başçısı Sergey Savçenkonun məlumatına görə, fövqəladə hadisə təmirdən sonra keçirilən sınaqlar zamanı baş verib. Helikopter yerə düşəndən sonra yanıb.

Həmçinin də, məlumatda  helikopterin "qara qutu"ları qəza yerində tapılıb. 

Qeyd edək ki, bu, son günlər Rusiyada baş verən ikinci helikopter qəzasıdır. Mayın 19-da Rusiya Kosmik Hava Qüvvələrinə məxsus Mi-8 hərbi helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.