Hindistanda valideynlər yeni doğulmuş körpəni səhvən diri basdırıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər ver istinadən xəbər verir ki, hadisə Hindistanın Qucarat ştatında baş verib.

Məlumata görə, çağa qızı növbəti gün yoldan keçən şəxs aşkarlayıb. O, qonşuların köməyi ilə uşağı qazıb çıxarıb və xəstəxanaya aparıb.

Bildirilir ki, xəstəxana həkimləri uşağı tanıyıblar. Körpə vaxtından əvvəl – 2 ay yarım daha tez doğulub. Poliklinikada yeni doğulmuşlar üçün reanimasiya olmadığına görə həkimlər valideynlərə uşağı özəl klinikaya aparmağı tövsiyə ediblər.

Valideynlərin sözlərinə görə, körpə yolda ikən tərpənməməyə başlayıb və ər-arvad onu oradaca dəfn etmək qərarını veriblər.

Qeyd edilir ki, xilas edilmiş çağa reanimasiyaya yerləşdirilsə də, 30 saat sonra dünyasını dəyişib.