Abşeronda avtomobil qaçırılıb.

Bu barədə Unikal.org-a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, mayın 24-ü saat 21 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini A.Zamanlıya məxsus “Opel” markalı avtomobil qaçırılıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi A.Həsənli avtomobillə birgə saxlanılıb.