Gürcüstanda COVİD-19 virusuna yoluxanların sayı 732 nəfərə çatıb.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ölkədə COVID-19-a yoluxanların 537-si müalicə olunaraq sağalıb, 12-si isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 183 nəfər təşkil edir.

Hazırda Gürcüstanda 3076 nəfər karantində, 300 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Xaricdən gətirilən 3 Gürcüstan vətəndaşı da koronavirusdan müalicə olunur.