Ötən gecə Türkiyənin İstanbul şəhərində yerləşən binanın ikinci mərtəbəsində yanğın baş verib.

Unikal.org haberler.com-a istinadən xəbər verir ki,  bina sakinləri yanğının həbsdən yenicə çıxmış və ruhi sağlamlığı yerində olmayan bir nəfər tərəfindən qəsdən törədildiyini bildiriblər.

Hadisənin şahidləri sözügedən şəxsin öz evini yandırdığını iddia edirlər. Bildirildiyinə görə, yanğın nəticəsində iki nəfər yüngül xəsarət alıb.

Hazırda həbsdən bu yaxınlarda azadlığa buraxıldığı deyilən 40 yaşlı kişinin axtarışlarına başlanılıb.