Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ötən gün Avropa İnsan Hüquqları Məhkəməsinin “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işinə görə çıxarılan qərarda ölkəmizin cərimə olunmasını "Yalan" adlandırıb. ​

Unikal.org xəbər verir ki, deputat facebook səhifəsində deyib:

"YALANDIR! Avropa İnsan Hüquqları Məhkəməsinin cari ilin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarında Azərbaycanın HEÇ BİR TƏZMİNAT ödəməsindən söhbət getmir! “Azerbaijan was to pay the applicants, jointly, 15,143.33 British pounds in respect of costs and expenses for the case” - yəni bu 15 min funt vəkillərin və məhkəmənin əməliyyat xərcidir.
Ermənistan Ramil Səfərovun əfv fərmanının ləğv edilməsini və yenidən məhkəmə qurulmasını tələb edirdi, AMMA OLMADI...

Ermənistan aydındır da, bu “bizimkilər” nə istəyir? Onlar nəyi və haranı işğal etmək istəyirlər?"