Bakıda avtomobil oğurlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 23-də Bakı şəhər sakini S.Səfərova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini A.Nəsirov saxlanılıb.