İranın paytaxtı Tehranda zəlzələ baş verib. 

Unikal.org xəbər verir ki,  zəlzələ yerli vaxtla saat 13:41-də Tehranın Dəmavənd bölgəsində qeydə alınıb. Zəlzələnin maqnitudası 4.4, dərinliyi 10 km olub.

Zəlzələ əhali arasında təşvişə səbəb olub, insanlar küçələrə axışıb.