İranda koronavirusa yoluxanların sayı artıb.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə daha 2 080 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 141 591-ə çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 56 nəfər artaraq 7 564 nəfərə yüksəlib.

O, həmçinin 2 551 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 111 176 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.