ABŞ-da son sutka ərzində 18 611 koronavirusa yoluxma halı aşkarlanıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universitetindən bildirilib.

Ölənlərin sayı isə 693 nəfər olub.

Amerikada indiyə qədər 1.6 milyondan çox koronavirusa yoluxma halı aşkarlanıb, onlardan 99 mindən çoxu vəfat edib. 384 mindən çox xəstə isə sağalıb.