“Elite” serialının aktrisası Ester Ekspozito kürəyinə etdirdiyi döymə ilə gündəmə gəlib.

Unikal.org xəbər verir ki, sənətçinin paylaşdığı aypara döyməsi izləyicilərinin marağına səbəb olub. 20 yaşlı aktrisanın fotosunu 6,5 milyon insan bəyənib. Qısa zamanda Esterin fanatları tərəfindən də paylaşılan şəkil müzakirələrə səbəb olub.

Qeyd edək ki, aktrisanın "Instagramda" 22,8 milyon izləyicisi var.