İngiltərədə son gündə daha 412 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 37 460-a çatıb. Eyni zamanda son 24 saat ərzində 2 013 yeni yoluxma faktı aşkarlanıb.

Beləliklə, İngiltərədə "Covid-19"a yoluxanların sayı 267 240-a yüksəlib. Xatırladaq ki, yeni növ koronavirus (Covid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib. Xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilib.