Türkiyədə son sutka ərzində daha 34 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 4 431-ə çatıb. Eyni zamanda son sutka ərzində 1 035 yeni yoluxma faktı qeydə alınıb.  Beləliklə, ölkədə "Covid-19"a yoluxanların ümumi sayı 159 797-a yüksəlib. 

Xatırladaq ki, yeni növ koronavirus (Covid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib. Xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilib.