Böyük Britaniyada koronavirusdan ölənlərin sayının 37 min olduğu açıqlanıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna baxmayaraq, həqiqi ölü sayının 47 343 nəfər olduğu iddia olunur. 

Ölkənin Statistika İnstitutunun ölüm şəhadətnamələrində koronavirusdan ölüm sayına əsaslanaraq verdiyi açıqlamaya görə, bu göstəricinin İngiltərə və Uelsdə qeydə alınan 42 173 ölümün Şotlandiya, Şimali İrlandiya və xəstəxanalardakı son insan itkilərindən ibarət olduğu açıqlanıb.

Qeyd edək ki, Britaniya koronavirusdan ölüm sayına görə Avropada birinci, ABŞ-dan sonra dünyada ikinci yerdədir.