Tovuz rayonunda 2 nəfər münaqişə zəminində döyülərək xəsarət alıb.

Unikal.org report-a istinadən məlumatına görə, rayonun Yanıqlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi Z.Əhmədov kütləvi dava zamanı döyülüb. Dava zamanı yeməkxana işçisi olan daha bir şəxs - E.Ismayılov da müxtəlif bədən xəsarətləri alıb.

Hər ikisi xəstəxanaya aparılıb.

İlkin məlumatlara görə, hadisəyə yanacaqdoldurma məntəqəsinin içərisində və ətrafında avtomobillərini təhlükəli sürərək "avtoşluq" edən şəxslərə yanacaqdoldurma məntəqəsinin işçisinin etiraz etməsi səbəb olub.

Sərxoş halda olduğu bildirilən avtomobildə olan bir qrup şəxslə Z.Əhmədov arasında mübahisə yaranıb, nəticədə dava düşüb. Bu zaman ora yemək aparan E.İsmayılov da onları ayırmağa çalışan zaman xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.