Quba rayonunun 2-ci Nügədi kənd sakini Rasim Orucova məxsus "VAZ-2107" markalı avtomobildə anidən yanğın hadisəsi baş verib.

Daxili İşlər Nazirliyininin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Unikal.org-a verilən məlumata görə, yanğın hadisəsinə ərazidə xidmət aparan Quba Rayon Polis Şöbəsinin əməkdaşları operativ reaksiya verərək, alovun qarşısının alınması üçün bütün zəruri tədbirləri həyata keçiriblər.

Şöbə əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğın söndürmə balonlarından, eləcə də sudan istifadə edərək yanğının qarşısını vaxtında alıblar. 

Daha sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunub. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.