Şəmkir-Gədəbəy avtomobil yolunda yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində qeydə alınıb. 

Belə ki, minik avtomobili yoldan çıxaraq qəzaya uğrayıb. Nəticədə 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.