Mayın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumatına əsasən,

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda  gecə 18-20, gündüz  27-29 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa  enəcək, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz təşkil edəcək.   

Mayın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin  bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Səhər duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 15-20, gündüz  32-37, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.