İran Xarici İşlər Nazirliyi (XİN) Respublika Günü münasibətilə Azərbaycan xalqını və hökumətini təbrik edib.

Unikal.org-un xəbərinə görə, bu barədə İran XİN-in "Twitter" hesabında bildirilib. 

"Respublika Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq. Bu önəmli günüdə Azərbaycan xalqına əbədi sülh və firavanlıq arzu edirik” , - deyə qeyd edilib.