Ukrayna Milli Elmlər Akademiyasının vitse-prezidenti İqor Brovçenko koronavirusla bağlı açıqlama verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, ölkədə koronavirusun yayılmasının zirvə nöqtəsi geridə qalıb. Brovçenko bildirib ki, son 2 həftə ərzində "Covid-19"un yayılmasında ciddi artım müşahidə olunmayıb.

Qeyd edək ki, Ukraynada 22 382 nəfər koronavirusa yoluxub, onlardan 669-u bu səbəbdən vəfat edib.