Elon Musk-ın övladına X Æ A-12 Musk adını verməsi sosial şəbəkələrdə müzakirəyə səbəb olub. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Amerika qanunlarına görə, insan adında rəqəmlərdən istifadənin qadağan olması Musk-ı övladının adını dəyişməyə vadar edib. Amma Tesla rəhbərinin həyat yoldaşı Grimes Musk-ın tvitter hesabında açıqladığı yeni ad da xeyli təəccüblə qarşılanıb. O,, yeni adın  X Æ A-Xii olduğunu açıqlayıb. Bildirib ki, yeni adda 12 rəqəmi Roma saylarına görə Xİİ ilə ifadə olunub. Grimes bu adı daha çox bəyəndiklərini vurğulayıb.

Qeyd edib ki, A Xİİ Elon Musk-ın gələcək Archangel 12 adlı təyyarəsinə  işarədir.