Türkiyədə son gün ərzində daha 30 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 4 461-ə çatıb. Eyni zamanda son sutka ərzində 33 559 koronavirus testi edilib, 1 182 yeni yoluxma faktı aşkarlanıb.

Qeyd edək ki, Türkiyədə ümumilikdə 160 979 nəfər "Covid-19"-a yoluxub, onlardan 124 369-u müalicə olunaraq sağalıb.