Uqandada dəhşətli hadisə baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, müsəlman ailənin 24 yaşlı qızı Rahema Kyomuhendo xristiyanlığı qəbul etdiyi üçün atası Şeyx Hüseyn Byaruhanga Hüseyni tərəfindən benzin tökülərək yandırılıb.

Belə ki, ata qızının din dəyişdirməsinin qəbul etməyib. Benzin tökülərək yandırılan qızı bibisi xilas edib. 

Atanın bu vəhşiliyindən sonra qızın ayağında və qarın nahiyəsində ciddi yanıqlar meydana gəlib.

O  təcili şəkildə xəstəxanaya çatdırılıb. Xəstəxanada müalicə alan qızın vəziyyətinin yaxşılaşdığı deyilib. Amma Rahema Kyomuhendonun 1 ay xəstəxanada müalicə alacağı da bildirilib.