Rusiyada son sutka ərzində daha 8572 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  Rusiyada COVID-19-a yoluxanların sayı 387 623 nəfərə çatıb.

Son sutka ərzində 232 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 4374 nəfərə çatıb

Xəstəlikdən sağalanların sayı 159 257 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Brazilyadan  sonra üçüncü yerdə gəlir.