Azərbaycan Dillər Universiteti (ADU) 2020/2021-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidənhazırlanması təhsilinə mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə tələbə qəbulu elan edib.

ADU-dan Unikal.org-a verilən məlumata görə, sənəd qəbulu iyun ayının 1-dən avqust ayının 10-dək aparılacaq.

Tələb olunan sənədlər aşağıdakılardır:

- rektorun adına ərizə;

- diplom (yaxud diploməvəzi arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;

- şəxsiyyət vəsiqəsinin surəti;

- 3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;

- sağlamlıq haqqında arayış;

- əmək kitabçasının surəti.

Sənədlər istirahət günlərindən başqa hər gün saat 10:00-15:00-dək qəbul ediləcək. 

Universitetdən bildirilib ki, sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.