Mayın 28-də saat 11 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Azad Əliyevi vurub.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.