Son sutka ərzində Belçikada koronavirusa yoluxanların sayı 212 nəfər olub. Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 58 061-ə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belçikanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, virusun yayılması tədricən yavaşlayır.

Məlumata görə, son sutka ərzində Belçikada 42 nəfər koronavirusdan ölüb. Ölkədə virus qurbanlarının ümumi sayı isə 9 430-a çatıb.

Xatırladaq ki, Belçikada mayın 4-dən etibarən təcridetmə tədbirləri mərhələli şəkildə ləğv olunur. Əhaliyə tibbi maskalar taxmaq tövsiyə olunur, ictimai nəqliyyatda maska taxmaq icbaridir. Daha əvvəl səlahiyyətlilər ölkədə virusdan ölüm hallarının pik nöqtəsinin aprelin 12-də qeydə alındığını, o zamandan bəri ağır xəstələrin və ölüm hallarının tədricən azalmasına davamlı meyl olduğunu açıqlayıb