“İndiyə qədər ümumilikdə Xaçmazda 31 nəfər, son günlərdə isə 5 nəfər koronavirusa yoluxub”.

Unikal.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, narahatlıq doğuran Xaçmaz kəndində 12 nəfərin yoluxmasıdır: “Son günlər Xaçmazda 100 nəfərin yoluxduğu barədə məlumat yanlışdır”.