Qərbi Aralıq dənizində ABŞ-a məxsus P-8A kəşfiyyat təyyarəsinin Suriya sərhədlərinə yaxınlaşması gərginliyə səbəb olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna qarşılıq olaraq Rusiyanın Suriyada yerləşən Su-35 tipli 2 qırıcı təyyarəsi havaya qaldırılıb. Bildirilir ki, Rusiya qırıcıları ABŞ təyyarəsinin hər iki qanadına təhlükəli şəkildə yaxınlaşıb. Havada gərginlik 1 saata kimi davam edib.

Su-35-lər ABŞ təyyarəsi bölgədən uzaqlaşdıqdan sonra geriyə qayıdıb.