İngiltərədə son 24 saat ərzində daha 324 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 38 161-ə çatıb. Eyni zamanda son gündə 2 095 yeni yoluxma faktı aşkarlanıb.

Beləliklə, İngiltərədə "Covid-19"a yoluxanların sayı 271 222-ə yüksəlib. Qeyd edək ki, son günlərdə İngiltərənin koronavirusdan ölənlərin sayını gizlətdii barədə iddialar yayılıb.