Balakəndə su hovuzunda narkotik becərən rayon sakini saxlanılıb.

Unikal.org DİN-ə istinadən məlumatına görə, Balakən Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Keçirilmiş əməliyyat–axtarış tədbiri nəticəsində rayon sakini, 28 yaşlı Röyal Yetərov saxlanılıb. Onun Mahamalar kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman su hovuzunun içərisində xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 33 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı RPŞ-də araşdırma aparılır.