Sumqayıt şəhərində “TIR DAF” və “КamAZ" markalı iki yük avtomobili qəza zamanı yüklə dolu olublar.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri Sahil-Hacı Zeynalabdin avtomobil yolunda baş verib. Qəza zamanı Kamaz daş, TIR isə şüşə butulka ilə dolu olub.

Qəzanın necə baş verməsi ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. 

Qeyd edək ki, FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КamAZ" markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü  Aslanov Asəf  Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Murad İbrahimov