Britaniyada bir gün ərzində koronavirusdan daha 215 nəfər ölüb.

 Unikal.org  xəbər verir ki, bu barədə ölkənin mədəniyyət naziri Oliver Douden keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, ölkədə pandemiya qurbanlarının sayı 38 376 nəfərə çatıb. 

Son sutkada koronavirusa yeni yoluxma hallarının sayı 2 445 təşkil edib. Bununla da COVID-19 xəstələrinin ümumi sayı 272 826 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl Britaniyada 324 insan təhlükəli virusdan ölüb, 2 095 nəfərin koronavirusla bağlı analizi müsbət olub. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.