Müğənni Nadir Qafarzadə toy olmamasına sevinən sosial şəbəkə istifadəçilərinə əsəbiləşib.

Unikal.org  xəbər verir ki, sənətçi "Şou ATV" proqramında məsələyə münasibət bildirib. O qeyd edib ki, toy olmasa da müğənnilər pulsuz qalmayacaqlar:

"Yazırlar ki, yaxşı oldu sizə. Bizə heç nə olmadı. Sənətçi hardan olsa qazanacaq. Toy olmayacaq, kimsə bağına çağırıb, oxutdurub pul verəcək".