İspaniyada keçirilən bir partiyə qatılan Belçika şahzadəsi Joaçimin koronavirus testi pozitiv çıxıb.

Unikal.org xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyi şahzadə ilə təmasda olan hər kəsin karantinə alınmasını tapşırıb.

Joaçim ispan iş adamının qızı olan sevgilisi Viktoria Ortizi ziyarət etmək üçün mayın 24-də Madridə, ordan da Kordovaya gedib. Partiyə şahzadə ilə yanaşı Ortizin ailəsi və dostları qatılıblar.